"Mançester Yunayted" 15 min cərimələndi

13:00 20 Oktyabr 2018

UEFA "Mançester Yunayted"i 15 min avro məbləğində cərimələyib.

 

Sportarena.az xəbər verir ki, buna klubun Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Valensiya" ilə ev matçının (0:0) gec başlaması səbəb olub. "MY"nın futbolçularını daşıyan avtobus tıxaca düşdüyü üçün oyunçular stadiona vaxtında çatmayıb.

 

Qeyd edək ki, "Valensiya" azarkeşləri isə pirotexnki vasitələrdən istifadə etdiyi üçün klub min avro məbləğində cərimələnib.


Digər xəbərlər

Xəbər xətti