Sənan Qurbanov: "Uşaqlar məğlubiyyətdən bezmişdilər"

Sportarena.az      20 Oktyabr 2018, 20:23

Topaz Premyer Liqasının VIII turu çərçivəsində evdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

 

- Məğlubiyyətlər bizi təngə gətirmişdi. Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm.

 

- Bu, elə həmin futbolçular idi ki, ilk dövrədə ayaq sürüyürdülər. Nə dəyişdi?
- Bəlkə də “Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar.


- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı. Dmitri Bezotosnı niyə yox idi?
- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi və şansından istifadə etdi.

 

- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldumu?
-  Qarşımızda uzun bir marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq. Hər bir oyuna ciddi yanaşmalıyıq.

 

- Təmkin 1 oyun oynayıb, 2 oyun buraxır...
- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyə görə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaq lazımdı. (Sport24.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin