"Sportinq"in baş məşqçisi: ""Arsenal" bizdən böyük klubdur"

Sportarena.az      22 Oktyabr 2018, 17:47

"Çətin olacağını bilirik, ancaq mübarizə aparmaq gücündəyik. "Arsenal" bizdən böyük klubdur, cütün favoriti də onlardır”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Sportinq”in baş məşqçisi Joze Pezeyru oktyabrın 25-də “Arsenal”la oyun barədə deyib. 58 yaşlı mütəxəssis qrup lideri olmaq istədiklərini deyib: "Hədəfimiz qrup birincisi olmaqdır. Ev oyununda mütləq qələbə qazanmalıyıq. Bunu bacarsaq, növbəti mərhələyə daha da yaxınlaşacağıq. Məğlubiyyət də bizi yolumuzdan döndərməyəcək". 

 

Qeyd edək ki, “Arsenal” və “Sportinq” 2 oyundan sonra 6 xalla turnir cədvəlinin ilk yerlərində qərarlaşıblar. "Vorskla" və "Qarabağ"ın isə hələlik xalı yoxdur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin