Daha üç güləşçimiz DÇ-də medalsız qaldı

Sportarena.az      23 Oktyabr 2018, 11:19

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, üçüncü yarış günündə son iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub. Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarıyla başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub. Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Aslanbek koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib. 1/4 finalda gürcü güləşçiylə görüşdə 3:0 önə keçsə də, sona 20 saniyə qalmış ani diqqətsizlik məğlubiyyətlə nəticələnib.

 

İslam həmrəyliyi oyunlarının qalibi olan Tatyana Omelçenko ilk mərhələdə rusiyalı rəqibiylə bacarmayıb.

 

70 kq

Təsnifat - Hacımurad Hacıyev - Ceyms Malkolm Qrin (USA) 5:6

 

97 kq

1/4 final - Aslanbek Alborov - Elizbar Odikadze (GEO) 3:4

1/8 final - Aslanbek Alborov - Jaeqanq Kim (KOR) 11:0 (tuşe)

Təsnifat - Aslanbek Alborov - Moytaba Məhəmmədşəfi Qoleyi (İRİ) 10:0

 

59 kq

1/8 final - Tatyana Omelçenko - Svetlana Lipatova (RUS) 0:4

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin