Cəbrayıl Həsənov: “Çempion olacağıma inanırdım” - VİDEO

15:47 23 Oktyabr 2018

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanan Cəbrayıl Həsənov (79 kq) yarışla bağlı təəssüratlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, mundiala hazır formada gəldiyini söyləyən sərbəst güləşçimiz çempionluq üçün nəsə çatmadığını söyləyib: “Bura çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm".


Digər xəbərlər

Xəbər xətti