"Milan" Qatuzzoya əvəzləyici tapdı

17:27 25 Oktyabr 2018

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo yaxın vaxtlarda istefaya göndərilə bilər.

 

Sportarena.az xəbər verir ki, mövsümə uğursuz başlayan klubun rəhbərliyi Qattuzoya əvəzləyici tapıb. Bu, Roberto Donadonidir. Son olaraq "Bolonya"nı çalışdıran italiyalı mütəxəssis  hazırda işsizdir. O, futbolçu karyerası ərzində 12 il (1986-1996, 1997-1999) "Milan"ın şərəfini qoruyub.

 

Qeyd edək ki, Qattuzonun komandası A Aseriyasında 8 turdan sonra 12-ci pillədə qərarlaşıb.


Xəbər xətti