Güləşçimiz ermənini udub 1/4 finala çıxdı

16:23 25 Oktyabr 2018

Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatında yunan - roma güləşində mübarizəyə start verilib.

 

Sportarena.az xəbər verir ki, mundialın altıncı günündə idmançılarımız Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Rəsul Çunayev (72 kq) və Rafiq Huseynov (82 kq) mübarizəyə qoşulublar. E.Əzizli 1/16 finalda Yoze Andraş (Mcarıstan) üzərndə qələbə qazanıb-9:0.  O, 1/8 finalda Liquo Çaoyla (Çin) qarşılaşacaq. T.Məmmədov Stq-Arne Berqə (Norveç) qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Ermənistan idmançısı Slavok Qalstyanla qarşılaşıb və rəqibini məğlub edib -3:1. Güləşçimiz növbəti mərhələdə Hassan Məhəmmədlə (Misir) üz-üzə gələcək.

 

Mübarizəyə 1/8 finaldan başlayan R.Çunayev isə Tomoxiro İnuata qalib gələrək (3:1) 1/4 finala yüksəlib. O, bu mərhələdə İran güləşçisi Məhəmmədəli Qrai ilə yarışacaq. R.Hüseynov da mundiala qələbə ilə başlayıb. İdmançımız Daniel Aleksandrova (Bolqarıstan) qalib galib- 4:3.


Digər xəbərlər

Xəbər xətti