Vasili Saçko: “Komandamdan daha yaxşısını gözləyirdim"

23:16 25 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Bakı Olimpiya Stadionunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Vorskla”nın baş məşqçisi Vasiliy Saçko mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

 

-    Oyundan əvvəl də demişdim ki, “Qarabağ” güclü komandadı. Qarşılaşmadan sonra da dediklərimi təsdiqləyirəm. İlk yarıda sürətli hücumlar qura bilmirdik. Ancaq əsas nəticə idi ki, buna da nail olduq.

 

-    “Vorskla” həmişə belə oynayır, yoxsa oyununuz alınmadı?
-    Əlbəttə, oyun keyfiyyətləri üzərində işləmək lazımdı. Ancaq kreativ, fərdi ustalıqla seçilən oyunçularımız zədə səbəbindən oynamırdılar. Məsələn, “Sportinq”lə son 3 dəqiqəni qələbədən məğlubiyyətədək yaşadıq. Bəlkə də bu gün bunun əvəzi verildi. Etiraf edirəm, gözəl oynamırdıq. Biz intizamlı oynadıq. Məqsədimiz fərqlənmək idi, bunu bacardıq. “Qarabağ”ın da imkanları var idi. Ancaq biz gəzməyə gəlməmişdik və sevinirəm ki, burdan Vətənə 3 xalla qayıdırıq. Azərbaycan çempionuna isə uğurlar arzulayıram.

 

-    “Sportinq”lə oyunda yaşananlarının təkrarlanması barədə düşünmürsünüz? Məhz son dəqiqələri nəzərdə tuturuq.
-    “Sportinq”lə “Qarabağ”ı müqayisə etmək çətindi. Hər birinin özəl xüsusiyyətləri var. Bu gün 18 yaşlı gənci buraxdıq. Müəyyən epizodlarda uğurlu olurdu, bəzi hallarda səhvlər edirdi. Mən də müəyyən risk edirdim. Ancaq komandaları müqayisə etməzdim. Hərəsinin öz ənənəsi var, öz çempionatı var.

 

-    Komandanızın bugünkü qələbəsindən sonra növbəti xalları qazanmaq şanslarınız necədi?
-    Əlbəttə, “general olmaq” istəyirik. Lakin belə turnirdə uğurlu olmaq üçün ehtiyat oyunçular skamyan müvafiq olmalıdı. Lakin bir şeyi söz verirəm: hər qarşılaşmada canımızı qoyacağıq.


Xəbər xətti