Almeydalı “Astana”dan Avroliqada heç-heçə - VİDEO

10:34 26 Oktyabr 2018

Qazaxıstanın “Astana” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində üçüncü oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu klub səfərdə Çexiya təmsilçisi “Yablonets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Almeyda da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 90-cı dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Astana” 3 turdan sonra 5 xalla yer aldığı K qrupunda liderdi.


Digər xəbərlər

Xəbər xətti