Milli komandada yeni baş məşqçi

22:52 26 Oktyabr 2018

Futbol üzrə Yunanıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ötən gün almaniyalı mütəxəssis Mixael Skibbe ilə yolları ayıran Yunanıstan Futbol Federasiyası millini yerli mütəxəssislərdən Angelos Anastasiadisə tapşırıb. Tərəflər 1 illik müqavilə imzalayıblar. Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı. 53 yaşlı alman mütəxəssis komandanın son oyunlardakı uğursuz nəticələri səbəbindən istefaya göndərilib.

 

Anastasiadisə gəlinc, 65 yaşlı mütəxəssis son olaraq ölkəsinin AEL komandasını çalışdırıb. O, “Panatinaikos”, PAOK, “PAS Yannina” və sair klublarla yanaşı, Kipr yığmsının da baş məşqçisi olub.


Xəbər xətti