“Qarabağ”ın rəqibindən əzmkar qələbə

12:19 29 Oktyabr 2018

Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:1. Hesabı qonaqlar açsa da, meydan sahibləri qalan dəqiqələrdə buraxılan qolun əvəzini artıqlaması ilə çıxa biliblər. Ağdam klubunun rəqibi 13 oyundan sonra 21 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

 

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda keçirib və 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 8-də Ukraynada baş tutacaq.


Xəbər xətti