Ozan Can üçün 78 dəqiqə və 1 xal

13:21 29 Oktyabr 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Ozan da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

 

“Girəsunspor” 10 turdan sonra 14 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.


Xəbər xətti