Erat “Borussiya”ya qarşı 90 dəqiqə oynadı

13:39 29 Oktyabr 2018

Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 15-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Dortmund “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Tuğrul 89-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Ştralen” geridə qalan turlarda 20 xal toplayıb və 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti