Emin oynadı, “Kalmar” 1 xala razılaşdı

14:43 29 Oktyabr 2018

Futbol üzrə İsveç çempionatında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Hammarbü” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Kalmar” hazırda 30 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti