"Mançester Yunayted"dən transferlərə 115 milyon avro

15:43 30 Oktyabr 2018

"Mançester Yunayted" qış transfer pəncərəsinə 100 milyon funt sterlinq (115 milyon avrodan çox) ayırıb.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Joze Mourinyonun istədiyi bir hücumçu və bir müdafiəçi almaq üçün bu məbləği xərcləyəcək. Portuqaliyalı mütəxəssisin müdafiə xəttində görmək istədiyi ilk futbolçunun Rafael Varan ("Real") olduğu bildirilib. Digər namizədlər isə Harri Maquayr ("Lester") və Jerom Boatenqdir ("Bavariya").

 

Hücumçu Aleksis Sançeslə yolları ayırmağı planlaşdıran "MY"nın bu mövqeyə hansı oyunçu almağı planlaşdırdığı isə hələlik məlum deyil.


Digər xəbərlər

Xəbər xətti