Ayaz Quliyev rəmzi komandada

15:02 31 Oktyabr 2018

Rusiya Premyer Liqasında 12-ci turun rəmzi komandası müəyyənləşib. 
 

Sportarena.az xəbər verir ki, “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də heyətə düşüb.

 

Qapıçı: Andrey Lunev (“Zenit”)

 

Müdafiəçilər: Dmitri Kombarov (“Spartak”), Sebastyan Holmen (“Dinamo”), Sverrir İnqason (“Rostov”), Mario Fernandes (SSKA)

 

Yarımmüdafiəçilər: Manuel Fernandeş (“Lokomotiv”), Ayaz Quliyev (“Rostov”), Leandro Paredes (“Zenit”), Viktor Klasson (“Krasnodar”)

 

Hücumçular: Eder (“Lokomotiv”), Ari (“Krasnodar”)
 

"Rsotov" 12-i turda evdə "Anji"yə 1:0 hesabı ilə qalib gəlib. A. Quliyev bu matçda sonadək meydanda olub və 25-ci dəqiqədə sarı vərəqə alıb.
 

Qeyd edək ki, Rusiyanın U-21 millisinin üzvü turun ən yaxşı oyunçusu adına da layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti