Ufuk Budakın komandası kubokda darmadağına sevindi

11:36 1 Noyabr 2018

Futbol üzrə Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Şile Yıldızspor”la qarşılaşıb. Yeddi qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə başa çatıb. Beləcə, Bolu təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.


Ufuk bu görüşün iştirakçısı olmayıb. Baş məşqçisi, digər əsas heyət oyunçuları kimi, Budaka da aşağı liqa təmsilçisi ilə görüşdə istirahət verib.

 


Digər xəbərlər

Xəbər xətti