"Bavariya"dan Dibala üçün 100 milyon avroluq təklif

15:26 1 Noyabr 2018

"Bavariya" "Yuventus"un futbolçusu Paulo Dibalanı transfer etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, Xames Rodriqesin gözləniləndən zəif çıxışı və yüksək maaşı Münhen klubunun bu fikrə düşməsinə səbəb olub. "Bavariya"nın argentinalı hücumçu üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilib. Transferlə bağlı artıq danışıqlara başlanıldığı vurğulanıb.

 

Qeyd edək ki, Dibala 2015-ci ildən Turin təmsilçisində oynayır.


Digər xəbərlər

Xəbər xətti