"Bavariya"da ciddi itki

18:17 1 Noyabr 2018

Almaniya çempionu "Bavariya" ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Tyaqo Alkantara zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ispan futbolçunun Almaniya kubokunda keçirilən "Rodinqhauzen" - "Bavariya" matçında zədələndiyi və 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

 

Alkantara cari mövsümdə "Bavariya" forması ilə 14 oyunda iştirak edib. 27 yaşlı futbolçu bu oyunlarda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

 


Digər xəbərlər

Xəbər xətti