“Zirə” ilə “Səbail”in 6-cı dueli

10:33 2 Noyabr 2018

“Zirə” Topaz Premyer Liqasının 10-cu turunda “Səbail”lə qarşılaşacaq.


Sportarena.az xəbər verir ki, bu mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək. Rəqiblərin əvvəlki 4 qarşılaşması Premyer Liqanın ötən mövsümünə təsadüf edib. Həmin matçlar “Zirə"nin üstünlüyü ilə keçib. Üç qələbə qazanıb, bir dəfə heç-heçə edən bu komanda bütün görüşlərdə rəqib qapısına yol tapıb. Bu üstünlük top fərqində də əksini tapıb – 5:2.

 

“Səbail”in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. “Zirə” həmin görüşdə texniki məğlubiyyət alıb. Samir Abasovun kollektivi 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər iki komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.

 

Qeyd edək ki, “Zirə” və “Səbail” arasında keçirilən oyunlardakı 7 qola yeddi fərqli oyunçu imza atıb.

 


Digər xəbərlər

Xəbər xətti