"Qəbələ"nin sabiq baş məşqçisi kitab yazdı

11:56 2 Noyabr 2018

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Rusiyanın “Lokomotiv” klubunu çalışdıran Yuri Syomin kitab yazıb.

 

Sportarena.az xəbər verir ki,  "Lokomotiv”. Kürsüyə qayıdış” kitabının təqdimat mərasimi noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı "Oxu-şəhər” mağazasında olacaq. Kitabda Moskva klubunun 3 çempionluğu zamanı keçdiyi yoldan bəhs edilir. Syomin məşqçilik karyerasının ən mühüm mərhələlərini öz kitabında xatırlayıb.

 

Qeyd edək ki, Syomin “Lokomotiv”i üç dəfə - 2002, 2004-cü ildə və ötən mövsüm Rusiya çempionu edib.

 

Xatırldaq ki, 71 yaşlı mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ”də çalışıb.

 


Digər xəbərlər

Xəbər xətti