“Neftçi” “Keşlə” ilə oyuna 3 itki ilə çıxacaq

20:09 2 Noyabr 2018

“Neftçi” Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını başa vurub.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün öz bazasında oyun öncəsi son məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak ediblər.

 

Xatırladaq ki, "ASK Arena”da baş tutacaq "Keşlə” – "Neftçi” matçı sabah saat 17:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti