PSJ-nin futbolçusunu polis saxladı

12:20 3 Noyabr 2018

PSJ-nin futbolçusu Marko Veratti sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, hadisə oktyabrın 30-dan 31-nə keçən gecə baş verib. İtaliyalı yarımmüdafiəçinin qanında olan spirtin səviyyəsinin normadan iki dəfə çox olduğu müəyyənləşib. Gecəni polis bölməsində keçirən Verattinin sürücülük vəsiqəsi əlindən alınıb və bir müddət verilməyəcəyi bildirilib.

 

Mətbuatda paytaxt klubunun  da Verattiyə intizam cəzası verəcəyi haqda xəbərlər yayılıb.


Digər xəbərlər

Xəbər xətti