Məhşur futbolçu həbs edildi: Taksi sürücüsünü döydüyü üçün

15:46 3 Noyabr 2018

Danimarka millisinin və Norveçin "Rusneborq" klubunun üzvü Niklas Bendtner həbs olunub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb 30 yaşlı forvardın taksi sürücüsünü döyməsi olub. O, sürücünün aylıq məvacibini ödəməyib. Qarşı tərəf isə onu təhqir edib. Niklas təhqirə dözməyib və sürücüyə gücünü göstərib. Norveç məhkəməsi bu səbəbdən futbolçuya 50 günlük həbs cəzası verib. Bendtner cəzaya etiraz edəcəyini bəyan edib.

 

Qeyd edək ki, danimarkalı hücumçu "Arsenal", "Sanderlend", "Birmingem Siti", "Yuventus", "Volfsburq" və "Nottingem Forest" kimi klublarda çıxış edib.

 


Xəbər xətti