Nazim Süleymanov: “Məğlubiyyət olanda baş məşqçi cavab verməlidir”

21:08 3 Noyabr 2018

“Çətin oyun oldu, təəssüf ki, məğlub olduq. Rəqib bizə oyunun ilk dəqiqələrində arxadan oynamağı məcbur etdi. Qol epizodları da oldu. Elə də pis oynamadıq. Əfran bir neçə epizoddan yararlana bilmədi. Rəqibin fərdi keyfiyyətləri öz sözünü dedi”

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov deyib.

 

Topaz Premyer Liqasının X turunda “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:

 

– Komandada sanki sürət çatmırdı, istək yox idi. Nə dəyişib?

– Elə də böyük dəyişikliklər yoxdu, hər şey meydanda göründü. “Qarabağ” yaxşı oynadı. Kim istər ki, məğlub olsun.

 

– Nazim Süleymanov hər an verilən qərara hazırsınızmı?

– Mən bilmirəm, siz hansı qərarı istəyirsiniz. Biz bura işləməyə gəlirdik. Hər komandanın məqsədi var. Biz də o yolla hərəkət edirik. Məğlubiyyət varsa ,əlbəttə rəhbərlik sual verməlidir

 


Xəbər xətti