Emin Mahmudov: "Mən heç Azərbaycan çempionatını da izləmirəm" - MÜSAHİBƏ

Sportarena.az      5 Noyabr 2018, 11:57

Millimizin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın “sport-ekspress” nəşrinə geniş müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni ixtisarla təqdim edir:

 

- Sizə böyük futbolu bəxş edən “Saturn”da bir mövsüm keçirdiniz. Daha sonra komanda iflas etdi. Yadınızda necə iz qalıb?

- Rusiyada ən yaxşı vaxt idi. Komandada özümü yaxşı hiss edirdim, daim oynadım. Bu, mənim ilk mövsümüm idi. Klubun bazası ölkədə ən yaxşılardan biri idi.

 

- Peşəkar karyeranda ilk qolu 2010-cu ilini noyabrında “Anji”yə vurmuşdun. Həmin qol qələbə topu idi. Həmin anları necə xatırlayırsan?

- Əlbəttə, xatırlayıram. Çox müsbət emosiyalar idi. Qələbə “Saturn”un Premyer Liqada qalmasına kömək etmişdi. Çox yaxşı xatırlayıram ki, bu oyun ətrafında böyük söz-söhbətlər gəzirdi. Bu matçı unutmayacam.

 

- “Saturn” iflas olandan sonra borclarınızı ödədi?

- “Saturn” müflis olduğu üçün futbolçulara borclu qaldı. Əvəzedici heyətin üzvü olduğum üçün klubun borcu mənə az idi. Əsas heyət üzvlərinə daha çox borclar qaldı. Mən heç belə şeyləri xatırlamıram. Çünki “Saturn” mənə çox şey bəxş edib.

 

- Nə qədər məbləğdən söhbət gedir?

- Bu barədə danışmayaq. Borcu açıqlamaq istəmirəm. 

 

- “Saturn”dakı köhnə komanda yoldaşlarından kimlərlə əlaqə saxlayırsan?

- Vadim Yevseyevlə qarşılıqlı dostlar sayəsində bir-birimizə salam göndəririk. Artem Rebrovla da yaxşı əlaqəm var.

 

- “Saturn”da vəziyyət qəlizləşəndə artıq “Spartak”I arzu edirdin?

- O vaxtı “Saturn”un müflis olacağı barədə düşünmürdüm. Müxtəlif təkliflər almışdım. Onların arasında “Spartak”a üstünlük verdim.

 

- Artıq uzun müddət keçib. Başqa hansı klublardan təklif almışdın?

- “Dinamo” və “Lokomotiv”. Premyer Liqanın kiçik klubları da təklif göndərmişdi.

 

- “Spartak”la dərhal razılaşdın?

- Həmin an “bəli” cavabıın vermədim. Müazkirələr oldu, razılaşdıq.

- “Spartak”dakı ilk oyunlar sənin üçün çətin oldu. “Sibir”lə səfər oyunu və “Rostov”dan alınan 0:4 hesablı məğlubiyyət gənc futbolçu üçün təzyiq deyildi?

- Xeyr, təzyiq hesab etmirəm. “Sibir”lə kubok matçını uzun müddət yaddaşımda saxlayacam. Mənfi 20 dərəcə idi. İlk hissədən sonra ayaq biləyimi hiss etmirdim. Ayaqlarım donmuşdu. Buna görə də əvəzləndim.

Image result for Эмин Махмудов Спартак

- “Spartak”da ən yaddaqalan oyun hansı olub?

- 2010/11-ci il mövsmündə kubokun yarımfinalında ÇSKA ilə 3:3 hesablı heç-heçə edib, penaltilərdə qalib gəldiyimiz oyunu qeyd edərdim. Çox maraqlı və həyəcanlı oyun alınmışdı.

 

- Unai Emeri “Spartak”da sənə cəmi bir neçə dəqiqə şans verdi…

- Bizim yarımmüdafiənin mərkəzində Braziliya millisinin üzvü Romul var idi. Mən başa düşdüm ki, Emeri mənə deyil, ona güvənəcək. Ünlü baş məşqçiylə çalışmaq xoş idi. Emeri güclü çalışdırıcıdır və bunu indi də sübut edir. Oynamasam da, yaxşı hisslərim oldu. Futbolçu kimi Emeriylə də böyüdüm.

 

- Emeri kimi ötən həftələrdə Karrera da istefaya göndərildi. Onlarla bağlı qərar tələsik olmadı?

- Karrera ilə bağlı danışmaq istəmirəm, çünki klubun içində deyiləm. Görünən o idi ki, Emeri vəziyyətə nəzarəti itirmişdi. Bəlkə də mən də prezident olsaydım, belə qərar verəcəkdim.

 

- “Spartak”dan “Tom”a icarəyə verilməyini necə xatırlayırsan?

- Bu, əsl fəlakət idi. Orada oynamaq şnasım az oldu. Orada karyeram parlaq olmadı.

 

- Daha sonra “Spartak” səni “Krılya Sovetov”a göndərdi. İlk altı ayda deyəsən, oynamadın.

- Əvvəlcə çətin oldu. Orada zədədən əziyyət çəkdim. Zədə orada mənim üçün əsas problem oldu. Ayağımda qırıq var idi. “Krılya Sovetov”da əsas problem zədə oldu.

 

Image result for Эмин Махмудов Томь

 

- “Mordoviya”ya icarəyə getmək asan qərar oldu?

- Xeyr, öz-özümə düşdündüm. Oynamaq məcburiyyətində idim. Bundan əlavə, Qordoyev məni dəvət etmişdi.

 

- Bəs necə oldu ki, Portuqaliya klubu “Boavişta”ya üz tutdun?

- Avropaya getmək istəyirdim. Həmin vaxt Azərbaycan millisində oynamaqla bağlı danışıqlar gedirdi. Rusiyada legioner statusunda oynamaq ağır işdi. Buna görə də “Boavişta”ya getdim və özümü orada sınamaq istədim.

 

- Portuqaliya çempionatı ilə bağlı təəssüratların necədir?

- İspaniyadakı kimi orada da texnikalı futbol gözləyirdim. Rusiyadakından da çox mübarizə olacağını gözləmirdim. Təəssüf ki, Portuqaliyada çempionat gözlədiyim kimi – tiki-taka çıxmadı. Kiçik komandalar baxımsız futbolla uduzurlar. Bir neçə böyük və bir neçə də dişli komanda var.

 

- Portuqaliya çempionatının müsbət və mənfi cəhətləri nədir?

- Orada futbolçu asanlıqla komanda tapa bilir. Portuqaliyada özünü göstərən başqa yerə transfer ola bilir. Tramplin kimidir. Futbolçular buranı asanlıqla tərk edə bilirlər. Çünki maaş çox azdır. Rusiyanı belə asan şəkildə tərk etmək mümkün deyil. Çünki maaş fərqi var. “Boavişta”da bir mövsüm oldum. Yayda heyət təmiz dəyişilmişdi. Hər il belə olur. Yaydan yaya bütün komandalar dəyişilir.

 

 

- Bəs orada oynamaq imkanın niyə çox olmadı?

- Orada oynamaq üçün nə edəcəyimi bilmirdim. Uzun müddət gözlədim. Start heyətdə çıxdığım ilk oyunda qol vurdum. Komanda qalib gəldi və çempionatda turun ən yaxşısı seçildim. Amma baş məşqçinin fikirləri başqa idi. 

 

- Həyat necə idi?

- Portu çox gözəl şəhərdir. Tez müddətə portuqalca öyrəndim. Hamını başa düşə bilirdim. Hər kəslə münasibət yaxşı idi. Problem sadəcə, oyunla bağlı idi. Mənə oynamaq lazım idi. Başa düşdüm ki, burda iş tək futbol deyil. Başqa bir şey var idi. Mən ayrılandan sonra baş məşqçi də bir neçə tura göndərildi.

 

Image result for emin mahmudov boavista

 

- Portuqaliyada daha çox oynamaq olardı? Çox qalmadığın üçün təəssüflənmirsən?

- Xeyr, mən şans qazanmaq üçün uzun zaman gözlədim. Fürsət düşən kimi qol vurub komandama qələbə qazandırdım. Amma yenə də mənə güvənilmədi. Orada futboldan başqa şeylər var idi. Vaxt boş yerə uçacaqdı. Ona görə də təcili qərar verdim.

 

- “Neftçi”yə gəlmək üçün tərəddüd etmədin?

- “Neftçi” variant ortaya çıxanda dərhal gəlib üqavilə imzaladım. Mən gələndə “Neftçi”nin çətin günləri idi. Komandaya kömək etməyə gəldim və komanda da mənə kömək etdi. 

 

- Uzun müddət “Neftçi”də oynamasan da, komandanın kapitanlıq bazubəndi səndədir.

- Ötən ilk kubok oyununda kapitanlıq mənə həvaəl edilmişdi. Burada mənə hörmətlə yanaşılır. Kapitanımız Ruslan Abışovdur. Amma o, hazırda zədəlidir. Buna görə də çempionat başlayandan kapitanlıq bazubəndi mənə verilib. Mən çox xoşbəxtəm ki, Azərbaycanın ən böyük komandasında kapitanam. Burada etimadı doğrultmağa çalışıram.

 

http://www.pfl.az/uploads/74415305bddc11445c96.jpg

 

- Yayda Rusiyadan təkliflər oldu?

- Xeyr olmadı. Yalnız birinci liqadan təkliflərim oldu, amma onları da düşünmədim. Çünki “Neftçi” ilə Avropa Liqasına hazırlaşırdıq. Uzun müddət bu turnirdə oynamaq istəyirdim.

 

- Karyeranız ərzində vurmadığınız qolları cari mövsüm (3 qol) etmisiniz. Bunu necə izah edə bilərsiniz?

- “Spartak”da sırf dayaq yarımmüdafiəçisi idim. İndi isə hücumlarda da çıxış edirəm. Tez-tez irəlidə oluram. Həta bir oyunda o qədər qol şanslarım oldu ki, het-trik də edə bilərdim. “Spartak”da qol epizodumun olduğunu xatırlamıram. Yalnız penaltilər seriyasında ÇSKA-ya qol vurmuşam.

 

- Rusiya çempionatına baxırsan?

- Hamısına baxmıram. İndi uşaqlar… Dürüst olmaq lazımdırsa, heç Azərbaycan çempionatını da izləmirəm. Əsasən, Avropa futbolunu – İngiltərə, İspaniya, eləcə də Çempionlar Liqasının oyunlarına baxıram. Əvvəllər heç bir oyunu qaçırmazdım. Hər oyunu izləyirdim. Bir az da “Yuventus”un oyunlarına baxıram. Ancaq “Yuventus” İtaliyada hamıdan üstündür, asanlıqla qazanırlar.

 

- Uzun müddət Rusiya və Azərbaycan millilərini seçmək barəsində qərar verə bilmirdin. Seçimin barədə danışardın.

- Avropaya getməyə qərar verdim. Bu vaxta kimi də Azərbaycan millisində oynamaq variantım var idi. Amma Rusiyada limitə düşməmək üçün imtina edirdim. Müsbət cavab verə bilərdim, amma belədə şərtlər çətinləşir, Rusiyada legioner kimi oynamaq çətin idi. Avropaya gedən kimi təklifə müsbət cavab verdim.

- Azərbaycan millisində Robert Prosineçkinin rəhbərliyi altında çıxış etmisiniz. Onunla çalışmaq necə idi?

- O, çox rahat və arxayın idi. Həmişə təzyiq olmadan işləyirdi. Bütün məşqlərdə ancaq futbol olurdu, başqa nəsə xüsusi bir şey baş verməyib. 

 

- Millidə ilk qolun hansı hissləri yaşatdı?

- Xüsusi nəsə olmadı. Çünki bu, yoldaşlıq görüşü idi. Ancaq millidə qol vurmaq xoş haldır.

 

- Millətlər Liqası turnirinə münasibətin necədir?

- Pis deyil. Azərbaycan kimi komandanın Avropa çempionatının final mərhələsində oynamaq şansları olur. Bizim üçün çətin olacaq. Kosovo da güclü komandadır. Şansımız var. Hər iki oyunda qalib gəlməliyik.

 

- Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi size motivasiya edir?

- Əgər Bakı bu yarışı qəbul etməsəydi də, hədəfimiz final mərhələsi olacaqdı (gülür).

 

- Bakının Avro-2020-yə hazırlığı hiss edilir?

- Xeyr, hiss olunmur. Turnirin olub-olmamasında asılı olmayaraq, Bakı daim tikilir. 10 il bundan əvvəllə indiki şəhər tam fərqlidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin