Mahmudovlu “Frankfurt”dan ardıcıl 10-cu məğlubiyyət

18:39 5 Noyabr 2018

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ştutqarter Kikkers”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Murad da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 64-cü dəqiqəsində meydana buraxılıb. Geridə qalan bütün oyunlarında məğlubiyyətlə üzləşmiş Frankfurt təmsilçisi hazırda xalsızdı və 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

 


Xəbər xətti