"Qarabağ" bu gün gedir

10:53 6 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda noyabrın 8-də "Vorskla"nın qonağı olacaq "Qarabağ" bu gün Ukraynaya yollanacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu axşam saatlarında çarter reysi ilə Poltavaya yola düşəcək. Qurban Qurbanovun komandası matçdan dərhal sonra isə Bakıya qayıdacaq.

 

Qeyd edək ki, "Vorskla" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti