Ziya Əzizovsuz qələbə

13:19 6 Noyabr 2018

Futbol üzrə Hollandiya ikinci liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Az Alkmaar” klubunun ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. “NEK Neymegen” hazırda 21 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti