"Atletiko"da ciddi itki

12:18 8 Noyabr 2018

"Atletiko"nun müdafiəçisi Xose Mariya Ximenesin son durumu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Borussiya" ilə matçda zədələnn uruqvaylı müdafiəçinin əzələsindən zədə aldığı məlum olub. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "Atletiko" - "Borussiya" görüşü Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti