Portuqaliya millisinin heyəti: Ronaldu yoxdur

Sportarena.az      9 Noyabr 2018, 13:44

Millətlər Liqasında bu ay İtaliya və Polşa ilə qarşılaşacaq Portuqaliya millisinin heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığmaya 25 futbolçu dəvət alıb. Komandanın kapitanı və lider Kriştianu Ronaldunun adı siyahıda yoxdur.

 

33 yaşlı hücumçu yeni komandası "Yuventus"a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə çıxış etməyəcəyini açıqlasa da, sonradan oynamağa hazır olduğunu bildirmişdi.

 

Qapıçılar: Betu ("Göztəpə"), Klaudio Ramos ("Tondela"), Ruy Patrisiu ("Vulverhempton")

 

Müdafiəçilər: Sedrik Soareş ("Southempton"), Joau Kanselu ("Yuventus"), Luiş Netu ("Zenit"), Joze Fonte ("Lill"), Mariu Ruy ("Napoli"), Pepe ( "Beşiktaş"), Rafael Gerreyro ("Borussiya" D), Ruben Diaş ("Benfika")

 

Yarımmüdafiəçilər: Andre Qomeş ("Everton"), Bruno Fernandeş ("Sportinq"), Danilu Pereyra ("Portu"), Joau Mariu ("İnter"), Pissi ("Benfika"), Renatu Sanşeş ("Bavariya"), Ruben Neveş ("Vulverhempton"), Vilyam Karvalyu ("Betis")

 

Hücumçular: Andre Silva ("Sevilya"), Bernardu Silva ("Mançester Siti"), Bruma ("Leptsiq"), Qonsalu Quedeş ("Valensiya"), Rafa Silva ("Benfika"), Antonio Eder ("Lokomotiv")
 

Qeyd edək ki, Portuqaliya millisi noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin