Azərbaycan UEFA-nın reytinqində bir pillə irəlilədi

17:54 9 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, keçirilən 24 qarşılaşma ilə cədvəldə müəyyən dəyişikliklər olub.

 

Ukraynada  “Vorskla”nı  1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.

 

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.


Xəbər xətti