"Qəbələ" azarkeşləri Ozobiçi söhbətə çağırdılar və...

15:43 12 Noyabr 2018

Premyer Liqanın 11-ci turunda "Qəbələ" öz meydanında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.


Sportarena.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra xoşagəlməz hadisə yaşanıb. Yerli azarkeşlərdən biri komandanın sabiq legioneri Filip Ozobiçə sərt şəkildə etiraz edib. "Qırmızı-qaralar"ın fanatı "Qarabağ"ın futolçuları avtobusa minərkən xorvatiyalı yarımmüdafiəçini yanına çağırıb və onunla söhbət edib. Gənc Ozobiçin ünvanına söyüşlər söyüb və bununla da kifayətlənməyərək, üzünə tüpürüb. Hadisənin böyüməsinə ətrafdakı şəxslər imkan verməyib.

 

Bundan əlavə, oyunun gedişində azarkeşlər Ozobiçin ünvanına xoşagəlməz şüarlar da səsləndirirdilər. 27 yaşlı yarımmüdafiəçi qarşılaşmada "Qəbələ"yə qol vurmağı bacarıb. Xorvatiyalı bu yay "Qəbələ"dən ayrılaraq, "Qarabağ"a keçib. (sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti