Azərbaycanlı iş adamından Həbib Nurməhəmmədov haqqında ŞOK ETİRAF

21:58 12 Noyabr 2018

Bildiyimiz kimi, Avropa Liqasının 4-cü turu çərçivəsində təmsilçimiz "Qarabağ" səfərdə Ukraynanın "Vorskla" komandasına 0:1 hesabı ilə qalib gəlib.


Sportarena.az-ın Ukraynaya ezam olunmuş əməkdaşı oyundan əvvəl iş adamı olan həmyerlimiz Mayis Şıxaliyev ilə görüşüb. Ukraynada yaşayan azərbaycanlılar tərəfindən həmin oyuna maraq böyük olub. Şıxaliyev əməkdaşımızla söhbəti zamanı ölkəmizdə nəinki futbol, idmanın digər növlərinə də marağın yüksək olduğunu vurğulayıb.

 

Mayis Şixaliyev söhbət əsnasında UFC tarixində Rusiyanı təmsil edən ilk dünya çempionu olan Həbib Nurməhəmmədov haqqında maraqlı bir məqamı açıqlayıb. Şıxaliyev bildirib ki, Həbibin qaydasız döyüşdə ilk addımlarını atdığı zaman ona  böyük dəstək olub.


Qeyd edək ki, Həbib Nurməhəmmədov UFC-də çıxdığı 27 oyunun hamısında qalib gəlib.


Xəbər xətti