"Sportinq"in baş məşqçisi: "Turnirdə bacardığımız qədər irəli getmək istəyirik"

Sportarena.az      14 Noyabr 2018, 14:19

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi Marsel Kayzer açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, hollandiyalı mütəxəssis Avropa Liqasındakı hədəflərindən danışıb: "Turnirdə bacardığımız qədər irəli getmək istəyirik. Ötən tur "Arsenal"la oyunu izləmişəm. Komandanın topa sahib olması məni sevindirən amil oldu. Qrupda son ik oyunumuzu "Qarabağ" və "Vorskla"ya qarşı keçirəcəyik. Bakıda "Qarabağ"a qalib gəlib, mərhələ adlamalıyıq. Orada işimizi çətinləşdirmək istəmirik".

 

Qeyd edək ki, E qrupunda qərarlaşan "Qarabağ"ın 3 xalı var. 10 xalı olan "Arsenal" 1/16 finala yüksəlib. "Sportinq" 7, "Vorskla" 3 xala sahibdir.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin