Azərbaycan - Farer adaları matçının hakimləri bəlli oldu

15:20 14 Noyabr 2018

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan və Farer adaları yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. 


Sportarena.az xəbər verir ki, qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakim Dimitris Masias olacaq. Ona yan xətt hakimləri Marios Kaloqiru və Yoannis Lazaru kömək edəcək. Omiros Tsiortsis dördüncü hakim funksiyasını həyata keçirəcək. Vasilis Dimitriu və Lukas Sotiriu əlavə köməkçi hakim kimi təyinat alıb. Ukraynalı Vladimir Petrov hakim-inspektor, çexiyalı Yaroslav Dudl UEFA nümayəndəsi təyin edilib.

 

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları matçına saat 21:00-da start veriləcək.


Xəbər xətti