"Real"da daha bir itki

18:47 14 Noyabr 2018

"Real"ın daha bir futbolçusu zədələnib.

 

Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Serxio Reqilon sıradan çıxıb. La Liqanın 12-ci turunda “Selta” ilə matçda zədələnən futbolçunun  1 ay meydana çıxa bilməyəcəyi məlum olub. O, “Real”ın Çempionlar Liqasında “Roma”, İspaniya kubokunda “Melilla”, La Liqada “Eybar”, “Valensiya” və “Hueska” ilə qarşılaşacağı oyunlarda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Madrid klubunda Rafael Varan, Xesus Valyexo və Naço Fernandes də zədədən əziyyət çəkir.


Xəbər xətti