Orxan Sadıqlı: “Torba” tikənin Allah bəlasını versin” - AÇIQLAMA

17:04 14 Noyabr 2018

“Sumqayıt” – “Keşlə” (1:4) matçından sonra birincilərin baş məşqçisi Nazim Süleymanov istefa verdi. Hətta bu oyundan sonra çoxlu söz-söhbətlər gəzdi, Nazim Süleymanova “torba” tikildiyi kimi məlumatlar da yer aldı. Bundan başqa, qarşılaşmadan sonra “Sumqayıt”ın qapıçısı Orxan Sadıqlının stadionu “Keşlə” rəsmiləri ilə birgə tərk etdiyi xəbəri mətbuatı bəzədi.

 

Məsələ ilə bağlı Sportarena.az saytına açıqlama verən Orxan Sadıqlı yayılan informasiyanın yalan olduğunu dilə gətirərək, şər atanları Allaha tapşırdı:

 

“Mən neçə gündür ki, əsəbdən özümə yer tapa bilmirəm. Bu, konkret mənə qarşı edilən haqsızlıq və böhtandır. Avotomobilimi saxladığı ərazidə kameralar var, qoy gedib baxsınlar ki, stadiondan necə çıxmışam, avtomobilimi harada saxlamışam və kimi götürmüşəm. Kamerada hər şey olduğu kimi görünəcək. Haqqmımı həmin insanlara halal etmirəm. Mənim yanımda təkcə “Keşlə”nin futbolçusu Tərlan Quliyev olub, o da mənə zəng elədi ki, maşınımı təmirə vermişəm, məni evə kimi apara bilərsən? Dedim gəl, aparım. Yalandan yazıblar ki, mən “Keşlə” nümayəndələri ilə birgə stadionu tərk etmişəm. Belə bir hal mümkün deyil baş versin. “Torba” tikənin də Allah bəlasını versin”.

 

Qapıçı oyun zamanı aldığı qırmızı vərəqəyə də münasibət bildirdi:

 

“Keşlə” ilə oyunda ilk qolda səhv etdim, davamında isə qırmızı vərəqə aldım. Mən səhvimi boynuma alıram. Amma bu səhvdən istifadə edib yalandan məlumat yaymaq isə heç də yaxşı əlamət deyil”.

 

Pərviz


Digər xəbərlər

Xəbər xətti