U-16 Liqası: 1 turda 3 mərkəzi oyun

Sportarena.az      15 Noyabr 2018, 10:33

Bu gün U-16 Liqasında 8-ci turun oyunları keçiriləcək. Turnir cədvəlinə nəzər salsaq, bu turu çempionatın ən maraqlı oyun həftəsi hesab etmək olar. Birdən-birə 3 matç həftənin mərkəzi qarşılaşması adına layiqdir. Yeri gəlmişkən, nəzərdə tutulan 7 oyunun bağlanış qarşılaşması sabaha nəzərdə tutulub. «Zirə» və ROİL-in ev oyunlarını eyni stadionda keçirməsi səbəbindən autsayderin oyunu sabaha təyin olunub.


U-16 Liqası, 8-ci tur
15 noyabr (cümə axşamı)
 

12:00 «Zirə» - «Səbail» (Aviasiya Akademiyasının stadionu)
13:00 «Keşlə» - «Qarabağ» («ASK Arena», 4-cü meydan)
14:00 «Qəbələ» - «Sabah» (Qəbələ şəhər stadionu)
14:00 «Neftçi» - İsgəndər Cavadov BFA (Binə qəsəbə stadionu)
14:00 «Sumqayıt» - «Turan Tovuz» (Sumqayıt, «Kapitalbank Arena»)
15:00 Gəncə TİM – «Viləş» (Gəncə TİM-nin meydanı)

 

16 noyabr (cümə)

 

15:00 ROİL - «Neftçi» İK İB (Aviasiya Akademiyasının stadionu)

 

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Arif Məmmədov («Səbail»), Araz Hüseynov («Sumqayıt»), İbrahim Məmmədov (İsgəndər Cavadov BFA), Səyyad Xantəmirov (ROİL).

 

«Het-trik news»

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin