"Sumqayıt" "Qarabağ"a qalib gəldi

20:02 18 Noyabr 2018

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt” və "Qarabağ" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

 

Sportarena.az xəbər verir ki, "Azersun Arena”da keçirilən matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.

 

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 23 xalla 2-ci, "Sumqayıt" 11 xalla 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti