“Qəbələ”nin futbolçusu Toqo yığması ilə darmadağınla uduzdu

11:38 19 Noyabr 2018

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo milli komandasında növbəti oyununu keçirib.


Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turunun iştirakçısı olub. Atakora Toqo yığmasının Əlcəzairlə ev oyununda meydana çıxıb. Start heyətində yer alan Lalavele 90 dəqiqəni əvəzolunmadan keçirib. Öz meydanında 1:4 hesabı ilə uduzan Toqo millisi 5 turdan sonra 5 xala malikdir. Atakoranın komandası D qrupunda 3-cü pillədə qərarlaşıb. Toqolular martın 22-də keçiriləcək son turda Beninin qonağı olacaq.


Xatırladaq ki, Lalavele 2 qol vurduğu yığmada 41-ci oyununu keçirib.


Digər xəbərlər

Xəbər xətti