“Qəbələ” darmadağınla qələbə qazandı

16:04 19 Noyabr 2018

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıqlarını davam etdirir.


Sportarena.az kluba istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələni başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda doğma arenadakı hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” klubun U-19 komandasını sınağa çəkib. Qurbanov bu görüşdə aşağıdakı “11-liy”ə şans verib:


Dmitri Bezotosnı, Vojislav Stankoviç, Bəhlul Mustafazadə, Qismət Alıyev, İlqar Qurbanov, Cavid Hüseynov, Asif Məmmədov, Elvin Camalov, Ceyms Adeniyi, Stiven Monroz, Rauf Əliyev.


İkinci hissədə İlqarı Roman Hüseynov əvəzləyib.


Qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Adeniyinin het-trik etdiyi matçda digər qollara Rauf Əliyevlə Stiven Monroz imza atıb.


Bu oyunla Qəbələ hazırlığın yekunlaşdıran “qırmızı-qaralar” Bakıya yollanıb. Qurbanovun yetirmələri paytaxtdakı ilk günü bərpaedici məşqlə kifayətlənəcək. “Qəbələ” Premyer Liqanın 12-ci turunun hazırlığını sabahdan etibarən “Bakı”nın bazasında davam etdirəcək.


Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda səfərdə “Keşlə” ilə üz-üzə gələcək


Digər xəbərlər

Xəbər xətti