Maksim Medvedev "Oyuna yalnız qələbə üçün çıxacağıq"

10:55 20 Noyabr 2018

Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turu çərçivəsində Kosovoya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransına qatılıb.


Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi həlledici oyun ərəfəsində bunları söyləyib: “Son və həlledici oyuna yalnız qələbə üçün çıxacağıq. Futbolçularımız bundan ötrü əllərindən gələnin ən yaxşısını ortaya qoyacaqlar". 

 

29 yaşlı müdafiəçi bildirib ki, rəqibin üstünlüyü 2 xal üstün olmasındadırsa, Azərbaycanın üstünlüyü birlikdədi.

 


Digər xəbərlər

Xəbər xətti