"Neftçi" baxışa çağırdığı futbolçunu göndərib? - AÇIQLAMA

13:21 20 Noyabr 2018

"Neftçi”nin baxışa çağırdığı Qvineyalı Mamadu Kane ölkəsinə qayıdıb.


Bu barədə Sportarena.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

 

O, bildirib ki, buna səbəb 21 yaşlı futbolçunun viza müddətinin bitməsii olub:


"Mamadu Konenin haqqında hələ tam qərar verilməyib. Amma vizasının vaxtı bitdiyindən onu ölkəsinə yola salmışıq. Onun məşqləri videolentə alınırdı. Analiz ediləndən sonra qərar verilsə ki, qayıtsın və müqavilə imzalanılsın, onda geri qayıdacaq".

 

Nuh TARVERDİYEV


Digər xəbərlər

Xəbər xətti