Kosovonun ulduzu: "Azərbaycan yığması çox güclüdü"

Sportarena.az      20 Noyabr 2018, 14:43

"Son oyunda böyükhesablı qələbəyə sevinmişik. Psixoloji cəhətdən yaxşı vəziyyətdəyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Kosovo milli komandasının futbolçusu Valon Berişa Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda Azərbaycana qarşıı keçirəcəkləri oyunu dəyərləndirərkən deyib. 

 

Təcrübəli futbolçu sabahkı oyunun finala bərabər olduğunu vurğulayıb: "Bugünki oyun final olacaq, çünki hər iki komanda üçün sərfəli nəticə vacibdir. Komandalar qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Matça həm də fiziki cəhətdən hazırlıqlıyıq". 

 

İtaliyanın "Latsio" klubunun 25 yaşlı yarımmüdafiəçisi yalnız qələbə barədə düşündüklərini söyləyib: "Təkcə komanda olaraq deyil, fərdi qaydada da heç-heçə haqqında düşünmürük. Əks halda, bu, neqativ təsir göstərə bilər. Azərbaycan yığması çox güclüdü, amma azarkeşlərin dəstəyi bizi irəli atılmağa sövq edəcək".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin