Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

Sportarena.az      21 Noyabr 2018, 02:32

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.


Sportarena.az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma baş tutub və növbəti mərhələyə yüksələn sonuncu 4 komandanın adına aydınlıq gəlib.


D Liqasının 3-cü qrupunda Azərbaycan millisi səfərdə Kosovo ilə üz-üzə gəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə vəsiqə əldə edəcəkdi. Lakin millimiz darmadağınla üzləşib və bu qrupun qalibi Kosovo yığması olub. Qrupun digər matçında isə Malta və Farer adaları yığmaları heç-heçəyə razılaşıblar.


A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya - Polşa matçının nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcəkdi. Portuqaliya növbəti mərhələni öncədən təmin edib, qonaq komanda isə aşağı liqaya düşmüşdü. Bu oyun da heç-heçə ilə başa çatıb.


B Liqasının 2-ci qrupunda Rusiya səfərdə İsveçin qonağı olub. Ruslara mərhələ üçün bir xal bəs edəcəkdi. İsveç isə qalib gələcəyi təqdirdə, növbəti mərhələyə yüksələcəkdi. Prinsipial dueldə sevinən tərəf 2 cavabsız qol vuran isveçlilər olub.


UEFA Millətlər Liqası
20 noyabr


A Liqası


3-cü qrup


Portuqaliya - Polşa 1:1
Qol: A.Silva, 34 - Milik, 66-pen.


B Liqası


2-ci qrup


İsveç - Rusiya 2:0
Qol: Lindelof, 41. Berq, 72.


C Liqası


1-ci qrup


Şotlandiya - İsrail 3:2
Qol: Forrest, 34; 43; 64 - Kayal, 9. Zahavi, 75.


4-cü qrup


Çernoqoriya - Rumıniya 0:1
Qol: Tukudean, 34.


Serbiya - Litva 4:1
Qol: Zulpa, 51-öz qapısına. Mitroviç, 58. Priyoviç, 71. Lyayiç, 74 - Petraviçius, 64.


D Liqası


3-cü qrup


Kosovo - Azərbaycan 4:0
Qol: Zeneli, 2; 50; 76. Rrahmani, 61.


Malta - Farer adaları 1:1
Qol: Korbolan, 4 - Yonsen, 3.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin