Samir Abasov yerli futbolçuları gözümçıxdıya salıb? - Məsələyə KLUBDAN AÇIQLAMA GƏLDİ

15:02 20 Noyabr 2018

Topaz Premyer Liqasında çıxış edən "Zirə" komandasının düşərgəsində pis ab-hava hökm sürür.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Samir Abbasovun yerli futbolçulara "heç biriniz istədiyim səviyyədə deyilsiniz, yerinizə başqalarını tapmışam" deməsindən sonra futbolçular bu rəftar qarşılığında klubda qalmaq istəmirlər. Bu barədə sportinfo.az-da məlumat da dərc olunub.

 

Məsələnin aktuallığını nəzərə alıb klubla əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə bildirdi ki: "Ciddiyə alınası məsələlər deyil, bütün məşqçilər futbolçuları tənqid edir. Bir dəfə kənardan komandanın məşqinə baxsanız görərsiz ki, bunlar hamısı söz-söhbətlərdi".


Nuh TARVERDİYEV


Xəbər xətti