300-cü qol, ən məhsuldar oyun

13:21 22 Noyabr 2018

Futzal üzrə Yüksək Liqada 10-cu turun “Araz” - “Yasamal” İSK oyunu iki məqamla yadda qalıb. 


Sportarena.az xəbər verir ki, bu görüşdə ən məhsuldar qələbə qeydə alınıb. Rəqib qapısından 26 top keçirən son çempion cəmi 2 qola üzülüb. Qarşılaşmanın 32-ci dəqiqəsində Oqtay Rüstəmlinin qolu isə cari çempionatda vurulan 300-cü top olub. Qələbədə əsas pay sahiblərindən olan Xətai Bağırov nə az, nə çox, rəqib torunu 8 dəfə silkələyib.


Qeyd edək ki, qarşılaşma "Araz"ın 26:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti