Ansi Aqolli: "Mənə “Qarabağ”da oynamaq xoşdur"

19:30 22 Noyabr 2018

"Yığmaya dəvət almayanda oyunu  mütləq televiziyadan izləyirəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Albaniya millisinin üzvü Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib. “Qarabağ”ın müdafiəçisi Albaniya millisinin son vaxtlar uğursuz çıxış etməsindən danışıb. O, bunun müvəqqəti olduğunu bildirib: “Hər bir komandada bu kimi hallar olur. Məncə, yığmamız keçid dövründədir. Gələcəyə nikbin baxmaq, futbolçulara güvənmək lazımdır”.

 

35 yaşlı futbolçu kapitanı olduğu Albaniya millisinə dəvət almamasından və yığmanın baş məşqçisi Kristian Panuççi ilə münasibətlərindən də danışıb: “Millinin üzvləri ilə əlaqəm var. Əksər futbolçulara hər gün danışıram. Bundan əvvəlki toplanışda oldum. Əlimdən gələni etdim. Baş məşqçi ilə münasibətimə gəlincə, onunla aramızda yaxşı əlqənin olmaması artıq sirr deyil. Onun son mətbuat konfransındakı davranışı isə (Panuççi alban jurnalistə ağzını yum demişdi – red.) normal hal deyil. Bununla belə, o, baş məşqçidir, qərarlarına hörmətlə yanaşmaq lazımdır. 

 

Aqolli karyerası ilə bağlı da fikir bildirib. O, hələlik futboldan getməyi düşünmədiyini deyib: “Hələ bununla bağlı heç bir qərar verməmişəm. Mənə “Qarabağ”da oynamaq xoşdur. Hələ oynaya bilərəm”.


Digər xəbərlər

Xəbər xətti