Sənan Qurbanov: "Qələbə üçün alışıb-yanırdıq"

19:18 24 Noyabr 2018

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 12-ci turunda səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

 

- Çox ciddi hazırlaşmışdıq. Fasilədə çalışdıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə” yüksəlişdə idi. Onları yaxşı təhlil etmişdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Bu, məni sevindirdi. Azarkeşlərimizi və komandanı təbrik edirəm. Qələbə üçün alışıb-yanırdıq. Çalışdıq ki, bu, bizə ziyan verməsin və futbolçuları düzgün kökləyə bilək.

 

- Hər an qol buraxa və üstünlüyü əldən verə bilərdiniz. Ancaq əks-hücum imkanlarından yararlana bilmirdiniz...

- Daha böyük hesabla qələbə qazana bilərdik. Bunu tələskənliklə əlaqələndirərəm. Bir top fərqi ilə öndə idik və bu, gərginlik yaradırdı.

 

- Final fitindən sonra əsəbi görünürdünüz...

- Oyun gərgin olduğuna görə əsəbləşmişdim. Son saniyələrdə künc zərbəsindən qol buraxa bilərdik. Səbəb bu idi.

 

- Ceyms Adeniyi cəzalı duruma düşdü və növbəti matçda oynamayacaq. Bu, sizə necə təsir edəcək?

- Son dönəmlərdə formadadır. Önəmli futbolçudur, amma onu əvəzləyə biləcək oyunçularımız var. Məşqlər əsasında onu kimin əvəzləyəcəyinə qərar verəcəyik.


Xəbər xətti